Bakıda azyaşlı qız itkin düşüb.
Lent.az-ın xəbərinə görə, bu barədə onun yaxınıları sosial şəbəklələrdə paylaşım edib.
Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 13 yaşlı Dünyamalizadə Aleksandra ötən gün axşam 21 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Hadisə ilə bağlı Rayon Polis İdrəsinə məlumat verilib.
Azyaşlı evdən çıxarkən əynində qara gödəkçə olub.