Sumqayıtda evdən kişi meyiti tapılıb.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.
Fərdi yaşayış evlərinin birindən 1965-ci il təvəllüdlü Vidadi Məlikovun meyiti aşkarlanıb.
57 yaşlı kişi evdə tək yaşayırmış.
Meyiti tapılan şəxsin narkotik istifadəçisi olduğu və yüksək dozalı narkotik qəbulundan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.