Evdə partlayış nəticəsində 14 yaşlı şagird  xəsarət aldı - FOTO
04 dekabr 2021 21:46 (UTC +04:00)

Evdə partlayış nəticəsində 14 yaşlı şagird xəsarət aldı - FOTO

0

 

Lənkəranda evdə qaz sızması nəticəsində partlayış baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi 2007-ci il təvəllüdlü Orxan Əskərov hamam otağına daxil olduqdan sonra işığı yandıran zaman partlayış olub. Hadisə nəticəsində O. Əsgərov ağır dərəcəli yanıq xəsarətləri alıb.

Yeniyetməyə ilkin tibbi-yardım göstərildikdən sonra təcili-tibbi yardım vasitəsi ilə Bakı şəhərinə gətirilərək 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

#

Sail A

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2132

Oxşar yazılar