Studeni keçidində yaşayan moskvalıların ailəsində pişiyin ölümü ilə bağlı qalmaqal yaşanıb.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, arvad ev heyvanının ölümündə ittiham etdiyi ərindən polisə şikayət edib.
Məlum olub ki, iyulun 25-də səhər saatlarında kişi 8 və 16 yaşlı uşaqların onunla oynaması üçün divanın altından Çarli adlı pişiyi götürmək qərarına gəlib. Pişik sahibinin hərəkətlərini təqdir etməyib, moskvalının əllərini dişləyib və cızıb. Cəza olaraq, kişi Çarlinin başına yumruq vurub. Qorxmuş heyvan çətin yerdə gizlənərək yuxuya gedib.
Bir müddət sonra kişi pişiyi çıxarıb, yuyub və hamamda qurumağa qoyub. Sahibinin sözlərinə görə, pişik özünü sakit aparıb. Axşam saat beşdə kişi qısa müddətə işə gedbi. Evə qayıdan ata pişiyin xəstələndiyini görüb. Arvadının gəlişindən əvvəl onu yemək və su ilə təmin edib.
Qadın axşam saatlarında evə gəlib. Ev heyvanının vəziyyətini görən qadın ilkin tibbi yardım göstərməyə cəhd edib. Baytara zəng edib, ona bir video göndərib, bundan sonra evdə təcili yardım çağırışı ilə bağlı məsləhət alıb.
Axşam saat 10-da həkim gəlib və ev heyvanının ağır kəllə-beyin travması alması barədə sahibinə məlumat verib. Ev sahibi baytarlıq klinikasına gedib və orada heyvan reanimasiya edilib. Pişik bir müddət yaxşılaşıb, lakin tezliklə ölüb.
Əsəbiləşən ev sahibi ərinin heyvanlara qarşı amansızlığına görə cavab verəcəyinə ümid edir. İndi o, uşaqları ilə birlikdə mənzildən köçüb və əri ilə ünsiyyət qurmaq istəmir.