Əsrin ən böyük  KÜTLƏVİ EDAMI:   81 nəfərin başı kəsildi
12 mart 2022 20:38 (UTC +04:00)

Əsrin ən böyük KÜTLƏVİ EDAMI: 81 nəfərin başı kəsildi

7

Səudiyyə Ərəbistanında son onilliklərin ən böyük kütləvi edamını həyata keçirilib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu zaman 81 nəfərin başı kəsilib. 

Məlumatda qeyd edilir ki, edam edilənlər müxtəlif cinayətlərdə, o cümlədən adam öldürməkdə, “Əl-Qaidə” və “İraq Şam İslam Dövləti” terror təşkilatlarına mənsub olmaqda, həmçinin “Ənsar Allah” hərəkatının (husilər) yəmənli üsyançılarına yardım etməkdə təqsirli biliniblər.

Martın 12-də edam edilən cinayətkarların sayı 1980-ci ildəki kütləvi edamı ötüb. O zaman hakimiyyət 1979-cu ildə Məkkə şəhərindəki ən böyük məsciddə insanları girov götürən 63 silahlını edam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
7
# 5211

Oxşar yazılar