Ukraynanın şərqindəki Donetsk cəbhəsində rusiyalı əsgərləri şənləndirməyə gedən aktyor həlak olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, 40 yaşlı aktyor və rejissor Polina Menşix rusiyalı əsgərlərə səhnədə mahnı oxuyarkən əraziyə raket zərbəsi endirilib.
Nəticədə qadın ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Ancaq görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.