Əsgər silahdan açılan atəş nəticəsində ölüb
04 dekabr 2022 19:22 (UTC +04:00)

Əsgər silahdan açılan atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev APA-ya bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

# 2421
avatar

Oxşar yazılar

Azərbaycanda idarə əməkdaşı QƏZADA ÖLDÜ  - FOTO

Azərbaycanda idarə əməkdaşı QƏZADA ÖLDÜ - FOTO

4 fevral 2023 , 23:21
Ötən il  Kürdə batan   sakinin meyit tapıldı - FOTO

Ötən il Kürdə batan sakinin meyit tapıldı - FOTO

4 fevral 2023 , 21:31
Azərbaycanda məktəbdə  QƏRİBƏ OLAY:   Pəncərə  şüşələri sındırlıdı

Azərbaycanda məktəbdə QƏRİBƏ OLAY: Pəncərə şüşələri sındırlıdı

4 fevral 2023 , 21:16
 Azyaşlı qızlarla evlənən   2 mindən çox kişi tutuldu

Azyaşlı qızlarla evlənən 2 mindən çox kişi tutuldu

4 fevral 2023 , 19:07
Qadının içərisində pul olan çantasını əlindən aldı

Qadının içərisində pul olan çantasını əlindən aldı

4 fevral 2023 , 18:47
Bu rayon sakinlərindən 20 odlu silah götürülüb

Bu rayon sakinlərindən 20 odlu silah götürülüb

4 fevral 2023 , 18:19
Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minalar aşkarlandı

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazidə minalar aşkarlandı

4 fevral 2023 , 17:44
Novxanıda evin həyətindən kişi meyiti tapıldı

Novxanıda evin həyətindən kişi meyiti tapıldı

4 fevral 2023 , 17:35