Ermənistanın təxribatları nəticəsində 2 mülki şəxs yaralanıb - RƏSMİ  - FOTO
14 sentyabr 2022 11:07 (UTC +04:00)

Ermənistanın təxribatları nəticəsində 2 mülki şəxs yaralanıb - RƏSMİ - FOTO

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Müdafiə Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a verilən birgə məlumata görə, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 47 yaşlı Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 38 yaşlı Orucov Arzuman İman oğlu yaralanıblar.

Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.

Asim Musayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar