Hərbçi Murad Qriqoryanın döyüş mövqeyində ölməsi ilə bağlı cinayət işi açılıb, onun həmkarı qətldə ittiham olunub.
Lent.az bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
İyulun 26-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyində hərbi qulluqçu Murad Serejayeviç Qriqoryanın meyiti tapılıb. Baş bölgəsindən ölümcül yaralanan əsgərin yanında ona həvalə olunmuş pulemyot da olub.
İbtidai istintaq zamanı həyata keçirilmiş istintaq-əməliyyat və digər prosessual hərəkətlər nəticəsində müəyyən edilib ki, faciəyə səbəb bu ərazidə xidmət etmiş Murad Qriqoryanla həmkarı arasında şəxsi mövzularda A.Q. ilə söhbətdə söylənən təhqiramiz ifadə olub. Nəticədə çağırışçı A.X. PK tipli pulemyotdan açdığı atəşlə Murad Qriqoryana ölümcül yaralayıb.
A.X.yə qarşı cinayət işi qaldırılıb, o, özünü təqsirli bilib.