Ermənistanda daha bir hərbçinin meyiti tapıldı
17 mart 2022 13:42 (UTC +04:00)

Ermənistanda daha bir hərbçinin meyiti tapıldı

0

Ermənistan Silahlı Qüvvələrinin döyüş postunda Silahlı Qüvvələrin daha bir əsgərinin meyiti tapılıb.

Lent.az-ın Ermənistan mediasına istinadla məlumatına görə,  ölən 19 yaşlı əsgər Eduard Rustamyandır.

Onun çənəsində güllə yarası olan meyiti martın 17-də saat 10:30-da Ermənistanın cənubundakı hərbi hissələrdən birinin ərazisində aşkarlanıb. 

Əsgərin hansı səbəbdən ölməsi hələ ki açıqlanmır. 

Xatırladaq ki, martın 16-da axşam saatlarında daha bir insident Ermənistan Müdafiə Nazirliyinin digər hərbi hissəsində baş verib. Hərbi çağırışçı Albert Siroyan çənəsindən ölümcül güllə yarası alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2021

Oxşar yazılar