Ermənistanda Azərbaycana yaxın ərazidə zəlzələ oldu
10 yanvar 2022 00:49 (UTC +04:00)

Ermənistanda Azərbaycana yaxın ərazidə zəlzələ oldu

0

Yanvarın 9-da yerli vaxtla 23.19-da Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazisində 2,6 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Ermınistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təbii fəlakət Ermənistanın cənubunda Qafan şəhərindən 9 kilometr məsafədə, Sünik rayonu ərazisində qeydə alınıb. 

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələnin episentrdə gücü 3-4 bal olub.

Bildirib ki, yeraltı təkanlar Qafanda 3 bal, Kacaranda və Mehridə 2-3 bal gücündə hiss olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1427

Oxşar yazılar