Ermənistanın Tavuş vilayətində faciə baş verib.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, İcevan polis şöbəsinə Tavuş vilayətinin yaşayış məntəqələrindən birində qadının özünü asması ilə bağlı məlumat daxil olub.
Məlum olub ki, 25 yaşlı Araksiya T. yaşadığı evin yanındakı tövlənin damının altında özünü asaraq intihar edib. Onun cibindən məktub tapılıb.
Həmin gün saat 20:35-də Tavuş vilayətinin yaşayış məntəqələrindən birində kişinin də özünü asması haqda məlumat daxil olub. Araşdırma zamanı müəyyən edilib ki, qadın kimi eyni ünvanda intihar edən 35 yaşlı Levon E.dir.
Levon E. və Araksiya T.nin ər-arvad olduqları bildirilir. Levon E. Tavuş vilayətinin Məhkəmə Aktlarının İcrası Xidmətində məcburi icra məmuru işləyib.
Məlumata görə, gənc qadının intiharına səbəb telefon yazışmaları olub.