Camal Adilov
17 dekabr 2021 13:41 (UTC +04:00)

Camal Adilov

Erməninin azərbaycanlı bilib bıçaqladığı özbək həkim ÖLDÜ - YENİLƏNİB

Bir neçə gün əvvəl klinikada müalicə alan xəstənin hücumuna məruz qalan 41 yaşlı stomatoloq Camal Adilov aldığı yaralardan Moskva xəstəxanalarından birində dünyasını dəyişib.

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, 60 yaşlı Murad Ohanesyan dekabrın 13-də özəl tibb müəssisəsinə girərək həkimə hücum edib, onu qarnından bıçaqlamışdı.

***

16 dekabr saat 16:59

Rusiyanın paytaxtı Moskvada özbək həkimi öldürmək istəyən erməni saxlanılıb.

Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, 59 yaşlı prodüser Murad Ohanesyan 40 yaşlı stomatoloq Camal Adilovun qəbuluna gəlib. Məlumata görə, həkimin başqa pasientlə məşğul olmasına baxmayaraq, erməni içəri soxulub. Həkimin köməkçiləri ona mane olmaq istəsələr də, buna nail olmayıblar. O, bir neçə dəfə Camal Adilovun qarın nahiyəsinə bıçaq zərbəsi endirib. Amma həkimin həyatını xilas etmək mümkün olub.

Hadisə yerinə gələn sahə müvəkkili həkimin Ohanesyanın əlindən ala bilib.

Faktla bağlı cinayət işi açılıb. Ohanesyan barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Ohanesyan Moskvada “Paradiz Video”, “Paradiz Digital” və “Paradiz Media” şirkətlərinin rəhbəridir. O, ifadəsində Camal Adilovu azərbaycanlı zənn edərək öldürmək istədiyini bildirib.

Murad Ohanesyan

Erməni prodüser özbək həkimi bıçaqladı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19046

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15