Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 26 yaşlı İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilib.
Yevlax rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kasetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.
Hazırda faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
***
11:52
Yevlaxda çoban partlayış nəticəsində həlak olub.
Lent.az-ın məlumatına görə, rayonun Şirinbulaq yaşayış sahəsinə yaxın ərazidə mal-qara otaran 26 yaşlı İsmayıl Mikayılov Vətən müharibəsi vaxtı ermənilər tərəfindən atılmış hərbi sursatın partlaması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.