Ermənilər bunu da etdi: fortepianoya  qumbara qoydular - FOTO
02 aprel 2024 11:25 (UTC +04:00)

Ermənilər bunu da etdi: fortepianoya qumbara qoydular - FOTO

Xankəndi şəhərində ermənilərin mülki obyektlərdə gizlətdiyi silah-sursatın tapılması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 27-dən aprelin 1-dək Xankəndi şəhəri ərazisindən ümumilikdə 18 avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 29 qumbara, 6 tank əleyhinə qumbaraatan, 4 mina, 2 qumbaraatan, 33 alışdırıcı, 153 patron darağı, 17562 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Əməliyyatların keçirildiyi ünvanlar arasında orta məktəblərdə də var. Görünən odur ki, ermənilər məktəbləri də silah anbarına çevirib və bir sıra tələlər qurub. Belə ki, təhsil ocaqlarından birinin akt zalındakı fortepianonun içərisinə əl qumbarası qoyulub. Düşmən bu üsulla da piano ifa olunacağı təqdirdə partlaış olmasını planlaşdırıb. Lakin polis əməkdaşlarının tədbirləri nəticəsində ermənilərin qurduğu tələ zərərsizləşdirilib.

# 2340
avatar

Oxşar yazılar