Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri ildırım vurması nəticəsində ölüb.
Lent.az erməni mediasına istinadla bildirir ki, hərbçinin ölümü ilə bağlı məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan təsdiqləyib. Lakin o, müqaviləli əsgərin ölümünün səbəbləri ilə bağlı açıqlama verməyib.
Məlumata görə, əsgər Geqarkunik rayonunda yerləşən hərbi hissədə xidmət edib.