Ərini öldürdüyü bıçaqla  yemək bişirməyə davam etdi
15 avqust 2023 12:57 (UTC +04:00)

Ərini öldürdüyü bıçaqla yemək bişirməyə davam etdi

Uşaq bağçasında  müəllimə işləyən qadın  ərini vəhşicəsinə öldürdükdən sonra sakitcə şam yeməyi bişirməyə davam edib.

Lent.az xarici mediyaya istinadən xəbər verir ki, hadisə Moskva ətrafı qəsəbələrdən birində baş verib. 
Ölən şəxs fəhlə işləyirmiş. Faciə günü o, həyat yoldaşı ilə mətbəxdə oturub söhbət edib. Lakin qəfildən cütlük mübahisə etməyə başlayıb, qadın buna dözməyib və mətbəx bıçağı ilə şam yeməyi hazırlayarkən ərinin döş və qarnına 4 zərbə endirib. Sonra sakitcə yemək bişirməyə davam edib.
Şok vəziyyətində olan kişi qanı yumaq üçün vanna otağına gedib və bir daha geri qayıtmayıb. Qadın ora baxanda onu yerdə huşsuz vəziyyətdə görüb. Müəllimə əvvəlcə cinayəti gizlətməyə çalışıb və döşəməni qan ləkələrindən yumağa başlayıb, lakin meyiti gizlədə bilməyib. O, qonşulara gedib ərinin öldüyünü etiraf edib.

Polis qadını saxlayıb.

Məlum olub ki, onun 2006-cı ildə də adam döydüyünə görə cinayəti var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3063
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar