Ərindən qorxan  gənc qadın   özünü pəncərədən atdı
20 noyabr 2023 15:53 (UTC +04:00)

Ərindən qorxan gənc qadın özünü pəncərədən atdı

Sankt-Peterburqun İspitateli prospektində 22 yaşlı xanım mübahisə zamanı ərindən qorxaraq hündürmərtəbəli binanın pəncərəsindən özünü atıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hər şey noyabrın 20-nə keçən gecə baş verib.

Həkimlər peterburqlu qadına qapalı kəllə-beyin zədəsi, sümüklərin sınığı, həmçinin baş, bel və onurğa sütununda əzilmiş xəsarətlər diaqnozu qoyublar. Lakin zərərçəkənin vəziyyəti qənaətbəxş hesab edilib. Polis baş verənlərlə maraqlanıb və araşdırma təşkil edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725

Oxşar yazılar