Moskvada evlərin birində yaşlı ər-arvadın meyitləri tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qohumları yaşlı cütlüklə əlaqə saxlaya bilmədiyi üçün Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər. Qapını açmağı bacaran xilasedicilər onların meyitini səhər saat 10-da Marşal Biryuzov küçəsindəki mənzildə tapıblar.
69 yaşlı təqaüdçünün meyiti qolunda sıyrıqla vanna otağında, onun 71 yaşlı həyat yoldaşının meyiti isə digər otaqda uzanıqlı halda aşkarlanıb. Ekspertiza müəyyən edib ki, hər ikisi təxminən üç gün əvvəl dünyasını dəyişib. Cütlüyün ölüm səbəbi müəyyənləşdirilir.