Türkiyənin Qaziantep şəhərində dəhşətli qətl hadisəsi baş verib
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Behiye Çakır boşanmaq üzrə olduğu əri tərəfindən 12 yerindən bıçaqlanıb.
Qadını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qadının öldürülməsinə səbəb, onun ərindən 500 lirə (təxmini 88 manat) aliment tələb etməsi olub.