Bakının Nizami rayonunda epilepsiya xəstəliyindən əziyyət çəkən şəxs ağır xəsarət alıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Nəsirəddin Tusi küçəsi 14 ünvanında baş verib.
Epilepsiya xəstəliyindən əziyyət çəkən 2003-cü il təvəllüdlü Bayramlı Atilla Afiq oğlu yaşadığı binanın üçüncü mərtəbəsinin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən koma vəziyyətinə düşüb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.