Türkiyənin Tekirdağ vilayətində qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadən bildirir ki, hadisə dünən axşam saatlarında şəhərin Halide Edip Adıvar küçəsində qeydə alınıb. Ruhi xəstə Recep Özkan dönərxanada sahibkar, Kader Balcıdan pulu olmadığı üçün endirim etməsini istəyib. Ancaq istəyi yerinə yetmədiyi üçün üstündəki bıçaqla qadına hücum edib. Yaxınlıqda olan insanlar səs-küyə gələrək, Özkanın əlindən bıçağı alıblar.
Cinayəti törədən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman cibindən 170 türk lirəsi tapılıb. Həkimlərin səyinə baxmayaraq, 3 uşaq anası olan Kader Balcının həyatını xilas etmək mümkün olmayıb.