Əmisi oğlunu işə düzəltmək üçün pul aldı, görün nə oldu? - BAKIDA
09 fevral 2023 16:24 (UTC +04:00)

Əmisi oğlunu işə düzəltmək üçün pul aldı, görün nə oldu? - BAKIDA

Bakıda oğlunu işə düzəltdirmək istəyən ana dələduzluqla üzləşib.

Lent.az xəbər verir ki, paytaxt sakini S. Həşimova oğlunu işə düzəltmək üçün qaynı oğlu İ. Məmmədova 6000 manat pul verib. Sonradan o, 1800 manatı qaytarsa da, geridə qalan 4200 manatı qaytarmaqdan boyun qaçırıb.

Bundan sonra qadın Nəsimi rayon Polis İdarəsinə üz tutub. Araşdırma zamanı məlum olub ki, İ. Məmmədov əmisi oğlunu işə düzəltdirmək üçün həmin pulu M. Əmirova verib. M. Əmirov isə verdiyi vədə əməl etməyib və müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə S. Həşimovaya dəyən ziyan tam ödətdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3039
avatar

Mehman Nəbiyev

Oxşar yazılar