Merac Babayev və oğlu Ziya Babayev
25 avqust 2021 16:44 (UTC +04:00)

Merac Babayev və oğlu Ziya Babayev

Əli Həsənovun biznes şərikinin oğlu tutuldu

Moskvanın "Vnukovo" aerorortunda milyonçu və tikinti maqnatı Mehrac Babayevin oğlu Ziya Babayev saxlanılıb. 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, o, 36 milyon rubl dəyərində qızıl zinyət əşyalarını Rusiyaya keçirməkdə günahlandırılıb. 

Ziyanın adı 2009-cu ildə baş verən bir avtomobil qəzasında hallanmışdı. O, milyonçu Telman İsmayılovun oğlanları ilə birlikdə öz şəxsi maşını ilə yerli sakinlərdən birini vurmuşdular. Həmin adam reanimasiyaya düşsə də, Babayevin vəkilləri qalmaqal yaradaraq işi ört-basdır etmişdilər. 

Bu dəfə milyonçunun oğlunu "Vnukovo"dakı gömrükçülər saxlayıb. Məlum olub ki, o həmin qızıl əşyaları Moskvaya İstanbuldan gətiribmiş. 

Onun üzərindən “Breguet”, “Tiffani” və “Dior” kimi brendlərə məxsus yarım milyon dollar dəyərində zinyət əşyaları aşkar edilib. Həmin əşyalar artıq eksrertizaya göndərilib. 

Ziya Babayevi gömrük rüsumundan və vergidən  yayınma maddələri ilə 7 il müddətində iş gözləyə bilər. 

Qeyd edək ki, hazırda Rusiyada yaşayan Mehrac Babayev “Verso-M” şirkətinin prezidentidi. Jurnalistlərin binasını qeyri-rəsmi olaraq onun tikdirdiyi bildirilir. KİVDF-in sabiq sədri Vüqar Səfərlinin məhkəməsində onun da adı hallanır.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6480
avatar

Oxşar yazılar