Ələtdə mikroavtobusla minik maşınının toqquşması nəticəsində yaralanan şəxslərin son durumu açıqlanıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, reanimasiyada olan 3 nəfərdən Əli Əlilinin vəziyyəti çox ağır olaraq qalır. O, süni tənəffüs aparatındadır, xəstədə kəllə-beyin travması, beyin və ağciyər əzilməsi müşahidə olunur.
Dünən evə buraxılan yaralılardan biri də gecə saatlarında yenidən geri qayıdıb. Hazırda KTM-də qəzada yaralanan 6 nəfər var. Onlardan 3-ü reanimasiyada, 3-ü isə şöbədədir.
Qeyd edək ki, dünən gecə Bakıdan Gədəbəyə gedən mikroavtobus Ələt qəsəbəsində minik maşını ilə toqquşub, nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.