Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən Ələkrəm Hümbətov vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, Ə.Hümbətov Hollandiyada xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, o 1948-ci ildə Lerikdə anadan olub. 1992–1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini, 1993-cü ildə özünü qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti elan edib. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşayırdı.