Məşhur meyxanaçı Ələkbər Yasamallı müalicə üçün xaricə gedib.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. İddialara görə, meyxanaçı Almaniyaya üz tutub və buradakı klinikaların birində müalicə alır.
Yayılan digər məlumatlarda isə Ələkbərin 6 aydır ki, Almaniyada olduğu qeyd olunub. Vurğulanıb ki, Ələkbər Yasamallı Almaniyadan miqrant kimi sığınacaq almaq fikrindədir.
O, hətta bir neçə gün bundan əvvəl toyların birində də meyxanaçı kimi iştirak edib.
Həmçinin yerli mətbuatda yayılan məlumatlarda da Ələkbərin Almaniyaya səhhəti ilə bağlı getdiyi, sonradan burada yaşayış hüququ almaq istədiyi vurğulanıb. Bunu meyxanaçı Mehman Əhmədli də də təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl məşhur meyxana ustadı Rəşad Dağlı söyüş üstündə Ələkbər Yasamallının qohumu 43 yaşlı İskəndər Mehtiyevi qətlə yetirib. Həmçinin 2 il əvvəl isə Ələkbərin bacısı oğlu Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb.