Eldar Mahmudovun xanımı danışdı - YENİLƏNİB
02 mart 2022 14:22 (UTC +04:00)

Eldar Mahmudovun xanımı danışdı - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ölüm xəbəri yayılıb. Yayılan xəbər qısa zamanda ölkə gündəmini zəpt etdi. 

Lent.az xəbər verir ki, "Manset.az" yayılan xəbərlə bağlı sabiq MTN şefinin həyat yoldaşından açıqlama alıb.

Təranə Mahmudova yayılan xəbərlərə belə cavab verib: "Belə informasiyalar hardan çıxır. Mənim sözüm yoxdur. Eldar müəllim ölməyib, yaxşıdır. Heç bir problemi də yoxdur. Sağ olun!"

***

saat 13:22

"Eldar Mahmudovun ölüm xəbəri yalandır".

Lent.az xəbər verir ki, bu barədə "Musavat.com"a onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, sabiq MTN rəhbərinin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqət deyil.

O da qeyd edilib ki, Eldar Mahmudovun səhhətində heç bir problem yoxdur.

***

saat 12:37

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib.

Lent.az "e-huquq.az"a istinadən xəbər verir ki, E. Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 26471

Oxşar yazılar