Ekspeditordan işlədiyi şirkətə  28 minlik  MƏNİMSƏMƏ
13 dekabr 2022 19:01 (UTC +04:00)

Ekspeditordan işlədiyi şirkətə 28 minlik MƏNİMSƏMƏ

0

“Bolluq” LTD-nin əməkdaşı külli miqdarda mənimsəmədə ittiham olunur.

Lent.az xəbər verir ki, ittiham aktına əsasən, təqsirləndirilən Z. Cəfərov LTD-də ekspeditor vəzifəsində çalışıb. O, ayrı-ayrı vaxtlarda şirkətin əmlakını mənimsəməkdə ittiham olunur.

Belə ki, Z. Cəfərov “Bolluq” LTD-nin ümumilikdə 28 min 297 manatını mənimsəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Cinayət işinə Abşeron rayon Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2037

Oxşar yazılar