Türkiyədə əkiz qardaşlar çayda boğulublar.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Bingöl rayonunun Karlıova qəsəbəsində baş verib. Dərədən axan çaya çimməyə düşən 9 yaşlı əkiz qardaşlar axına düşüblər.
Kəndlilər tərəfindən sudan çıxarılan uşaqların öldüyü məlum olub.
Araşdırma aparılır.