Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının bu gün növbəti iclası keçirilib.
Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
R. Məcid bildirib ki, komissiyanın iclası tam tərkibdə baş tutub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 6-da keçiriləcək”.
Qeyd edək ki, indiyədək komissiya 650-dən çox müraciətə baxıb.