Dünənki yol qəzalarında 4 nəfər ölüb
19 yanvar 2022 09:49 (UTC +04:00)

Dünənki yol qəzalarında 4 nəfər ölüb

0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 45 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1426

Oxşar yazılar