Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətin fevralın 4-də daxil olan müraciətlərlə bağlı məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, ötən sutka ərzində 22 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 4 nəfər xilas edilib,
1 nəfər yanıq xəsarəti alıb, bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.