Martın 18-də 6 halda köməksiz vəziyyətdə qalma faktı və 1 halda intihara cəhd üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-dən Lent.az-a verilən məlumata görə, ötən sutka ərzində 44 yanğın müraciətinə çıxış həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, köməksiz vəziyyətdə qalmış 5 nəfər xilas edilib, 1 nəfərin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.