Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti fevralın 7-də daxil olan müraciətlərlə bağlı statistikanı açıqlayıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, ötən sutka ərzində 41 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas edilib.
Bağlı qapı arxasında qalmış 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.