Fevralın 2-də baş verən yanğınlarda 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Lent.az FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Ümumilikdə, ötən sutka ərzində bağlı qapı arxasında qalmış şəxsin meyiti və yanğın zamanı yanaraq həlak olmuş şəxsin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib, 2 nəfər yanıq xəsarəti alıb.