DTX və DSX Bakıda əməliyyat KEÇİRDİ:  4 nəfər saxlanıldı
01 avqust 2024 10:48 (UTC +04:00)

DTX və DSX Bakıda əməliyyat KEÇİRDİ: 4 nəfər saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Lent.az-ın xəbərinə görə, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 qr çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşan Azərbaycan vətəndaşları - 1982-ci il təvəllüdlü Qasımov Vəli Mahir oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov İsgəndər Cəfər oğlu, 1993-cü il təvəllüdlü Süleymanzadə Aqşin Yusifəli oğlu və vətəndaşlığı olmayan 1982-ci il təvəllüdlü Daşdəmirov Çingiz Fakralı oğlu cinayət başında yaxalanıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

1 avqust 2024 , 14:10
Mingəçevirdə kafedə  qadın meyiti tapıldı

Mingəçevirdə kafedə qadın meyiti tapıldı

1 avqust 2024 , 13:56
Bakıda köşkdən külli miqdarda siqaret oğurlayan uşaqlar tutuldu

Bakıda köşkdən külli miqdarda siqaret oğurlayan uşaqlar tutuldu

1 avqust 2024 , 13:03
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ

1 avqust 2024 , 12:15
Bakıda vurulan piyada rayonda öldü

Bakıda vurulan piyada rayonda öldü

1 avqust 2024 , 12:11
Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı

Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı

1 avqust 2024 , 11:45
İsmayıllıda DƏHŞƏT:  özünü qoz ağacından asdı

İsmayıllıda DƏHŞƏT: özünü qoz ağacından asdı

1 avqust 2024 , 11:19
Oğuzda qonaqlar evdən telefonları oğurladı - VİDEO

Oğuzda qonaqlar evdən telefonları oğurladı - VİDEO

1 avqust 2024 , 11:10