Ağdamda narkotik tərkibli bitkilər aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdam rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçirib.
Nəticədə işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.