Bryansk vilayətində 20 yaşlı çağırışçı hərbi hissədən avtomatla silahlanaraq qaçıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hərbi xidmətə çağırılan Vyaçeslav A. adlı gənc qaçarkən “Kalaşnikov” avtomatı ilə silahlanıb. Üstəlik, özü ilə 120 patron da götürüb.
O, Altay diyarının Lenki kəndindən hərbi xidmətə çağırılıb. Fərariliyin səbəbləri müəyyən edilməyib.