Dövlət idarəsinə məxsus vaqon  YANDI   -YENİLƏNİB
06 aprel 2022 08:15 (UTC +04:00)

Dövlət idarəsinə məxsus vaqon YANDI -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şəmkirdəki yanğınla bağlı məlumat yayıb

Nazirlikdən Lent.az verilən məlumata görə, rayonunun Dəllər qəsəbəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 30 vaqondan ibarət yük qatarının ümumi sahəsi 90 m² olan işçilərin istirahəti üçün nəzərdə tutulan 3 otaqlı vaqonunun 1 otağının üzlüyü və içərisindəki əşyalar 21 m² sahədə yanıb.

Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

06:22

Şəmkirdə yanğın olub.

Lent.az APA -nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsindəki eyniadlı stansiyasında qeydə alınıb.

Azərbaycan Dəmir Yolları QSC-nin Səngəçal stansiyasına məxsus vaqonda anidən yanğın başlayıb.

Ərzaiyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın şəxsi heyət tərəfindən dərhal söndürülüb, vaqonun qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin səbəbi məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3240
avatar

Oxşar yazılar