Doğum evində körpə oğurlandı
04 noyabr 2023 09:35 (UTC +04:00)

Doğum evində körpə oğurlandı

Braziliyalı qadın doğum evindən yeni doğulmuş körpəni anası yatarkən oğurlayıb, körpə altı saatdan sonra tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rio-de-Janeyroda doğum evindən körpə qaçıran 19 yaşlı qız saxlanılıb. Hadisə noyabrın 1-də baş verib. 27 yaşlı yeni doğulmuş uşaq anası palatada yatarkən, cinayətkar eyvandan doğum evinə girərək uşağı oğurlayıb.

Altı saatlıq axtarışdan sonra oğru tapılıb. O, beş yaşlı qızı və körpə ilə öz mənzilində olub. O, dindirilmə zamanı yeni doğulan uşağın özünün olduğunu və heç kimi oğurlamadığını bildirib.

Körpə oğlan valideynlərinə qaytarılıb və adam oğurluğu ilə bağlı cinayət işi açılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5559
avatar

Oxşar yazılar