Xakasiyanın Şirinski rayonunda evində qanunsuz olaraq odlu silah saxlayan yerli sakin mühakimə olunacaq.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 36 yaşlı Çernoye Ozero kənd sakini qanunsuz silah saxlamaqda ittiham olunur. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin evindəki divandan işlək vəziyyətdə olan tüfəng, patronlar və bir kiloqramdan artıq barıt aşkar ediblər.
Dindirilmə zamanı kənd sakini arsenalı silahın sahibi olan qohumundan miras aldığını və onu özündə saxlamaq qərarına gəldiyini bildirib.
Cinayət işi baxılması üçün məhkəməyə göndərilib.