DİQQƏT:  - Tanınmış jurnalistin adından dələduzluq edilir -YENİLƏNİB
03 may 2023 11:18 (UTC +04:00)

DİQQƏT: - Tanınmış jurnalistin adından dələduzluq edilir -YENİLƏNİB

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Əməkdar İncəsənət Xadimi, tanınmış jurnalist Telli Pənahqızının adından dələduzluq edilir. Jurnalistin Facebook səhifəsi oğurlanıb və onun adından vətəndaşların şəxsi məlumatlarını əldə etməyə çalışırlar. Jurnalsit məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdiyini bildirib. DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a bildirib ki, Telli Pəhanqızının şikayət ərizəsi əsasında artıq araşdırmalara başlanılıb. Məsələ diqqətdə saxlanılır.

Qeyd edək ki, Lent.az bu barədə xəbər yaydıqdan sonra Telli Pənahqızının adından açılmış saxta profil blok edilib.

 

***

Saat 10:29

Əməkdar İncəsənət Xadimi, tanınmış jurnalsit Telli Pənahqızının sosial şəbəkə hesabları oğurlanıb.

Telli Pənahqızının Lent.az-a verdiyi məlumata görə, fevralın 26-dan etibarən onun adından müxtəlif adamlara mesajlar göndərilib, öncə səhifəsinin bağlandığı bildirilir, daha sonra yardım üçün telefon nömrəsi istənilir. Daha sonra dələduzlar  kod və şəxsiyyət  vəsiqəsinin fin kodunu istəyirlər. Bundan əlavə “Soliton” şirkətindən 500 manatlıq hədiyyə kuponunu təqdim edəcəyini deyərək, şəxsi məlumatlar əldə etməyə çalışır. İnandırmaq üçün qəbzin və onun sosial şəbəkə hesabının şəkli göndərilir.

Jurnalist xanım məsələylə bağlı polisə müraciət etsə də, hələlik nəticə ala bilmədiyini bildirib. O qeyd edib ki, onun özünə də tanımış bir professorun adından eyni tipli mesajlar gəlib.

O bu gün məslə ilə bağlı təhlükəsizlik orqanlarına yenidən müraciət edəcəyini bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2868
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar