Cəmil Həsənlinin bacısı oğlunun saxlanılması TƏKZİB OLUNDU  - RƏSMİ
06 noyabr 2026 18:23 (UTC +04:00)

Cəmil Həsənlinin bacısı oğlunun saxlanılması TƏKZİB OLUNDU - RƏSMİ

0

Sosial mediada Cəmil Həsənlinin bacısı oğlunun saxlanılması barədə xəbərlər yayılıb. 

Lent.az yayılan xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə sorğu ünvanlayıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Həmin şəxs bu günlərdə rayon polis şöbəsinə ümumiyyətlə gətirilməyib, polis əməkdaşlarının onunla hər hansı təması olmayıb.

O, cari il iyunun 3-də və iyulun 21-də sərxoş vəziyyətdə ictimai qaydanı pozduğuna görə saxlanılıb, müvafiq qərarlarla bir halda 100 manat, digər halda isə 50 manat məbləğində cərimə olunub. Həmçinin sonuncu dəfə sentyabrın 11-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə qanunvericiliyə uyğun olaraq barəsində 400 manat məbləğində cərimə tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar