Goranboyda ər və arvadın döyülməsinin təfərrüatları məlum olub.
Lent.az-ın məlumatına görə, döyülən Aqil Babayevin qardaşı oğlu Ülvi Babayev dolların 78 manat olan vaxtı əmisinin adına kredit götürüb. Məlum olduğu kimi, sonradan devalvasiya olub nəticədə dolların dəyəri artıb.
Məlumata əsasən, Ü. Babayev devalvasiyadan sonra əmisinin adına özü üçün götürdüyü krediti ödəyib qurtarıb. Həmin vaxt devalvasiya ilə bağlı dövlət tərəfindən kredit ödəyənlərə kompensasiya verilib. Həmin kompensasiyanı isə Aqil Babayev özünə götürüb. Bu zaman Ü. Babayev etiraz edərək, əmisinə, onun adına olan krediti özünün ödədiyini deyib. Ü. Babayev bu səbəbdən kompensasiyanın ona çatmalı olduğunu dilə gətirib.
Hadisənin də məhz bu səbəblə baş verdiyi bildirilir.
***
08:15
Goranboyda döyülmə faktı qeydə alınıb.
Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Kələk kəndində baş verib.
1971-ci il təvəllüdlü Aqil Babayev və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Mənzurə Sarıyeva döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, A.Babayev və M.Sarıyeva Aqilin qardaşı oğlu tərəfindən döyülüb.
Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.