Çuvaşiyanın Novoçeboksar şəhərində 23-cü mərtəbədən maşının üstünə düşən uşaq sağ qalıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, 11 yaşlı oğlan hadisədən əvvəl dərsdən qaçıb.
Uşaq yaşadığı binanın yanındakı “Qazel”in üstünə düşüb. O, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Həkimlər həyatını xilas etməyə çalışır.