Qazaxıstanda 55 yaşlı kişi 12 yaşlı məktəbli qızı zorlayaraq hamilə qoyub.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2022-ci ilin yayında Jambil vilayətinin Janatas şəhərində baş verib. Rayon məclisi deputatının həyat yoldaşı azyaşlı qızı zorlamada şübhəli bilinir. Zərərçəkən qız internat məktəbində oxuyur.
Məktəb müəllimləri şagirdin hamilə olduğunu biləndə anasına xəbər vermədən qızı aborta göndərib və əməliyyat xərclərini özləri ödəyiblər. Onlara qarşı da cinayət işi başlanıb.
Zərərçəkmiş qızın anasının dediyinə görə, təcavüzkar uşağı telefon vədi ilə şirnikləndirib, daha sonra hamiləlikdən xəbər tutaraq hədələməyə başlayıb.
Faktla bağlı 55 yaşlı kişiyə də cinayət işi başlanıb.