Ağstafada qətl hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1999-cu il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib.
O, hadisə yerində dünyasını dəyişib. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu da bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisəni törədən şəxs tutulib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Çingiz Vəlizadə ilə Əli Əsgərov dayıoğlu-bibioğludurlar.