Misirin Asyut-Qırmızı dəniz şossesində sərnişin avtobusu neft məhsulu daşıyan yük maşını ilə toqquşub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, dəhşətli qəza nəticəsində 20 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Məlumata görə, Qahirədən Sohara gedən avtobus sürücüsü nasazlıq səbəbi ilə dayanan yük maşınını görməyib və yüksək sürətlə ona çırpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsi alışıb, avtobus tamamilə yanıb.