Dəhşətli qəza:   Sürücü avtomobildən  çölə çıxdı
21 mart 2022 00:55 (UTC +04:00)

Dəhşətli qəza: Sürücü avtomobildən çölə çıxdı

0

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər yaralanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək “Opel” markalı avtomobilə çırpıb.

Qəza nəticəsində “Toyota”nın sürücüsü zərbənin təsirindən avtomobildən çölə çıxıb.

Digər yaralı isə “Opel” markalı maşından çıxarılıb.

Xəsarət alan hər iki şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3098

Oxşar yazılar